Rusiya “Storm Shadow” raketləri ilə hədəfə alınmasını rəsmi olaraq təsdiqlədi


Rusiya Müdafiə Nazirliyi ölkə ərazisinə “Storm Shadow” raketləri ilə zərbələrin endirildiyini rəsmi olaraq təsdiqləyib.

Musavat.com xəbər verir ki,  nazirlik tərəfindən yayılan məlumatda, qarşısı alınan hücumlar barədə də qeyd edilib:

 "Hava hücumundan müdafiə sistemləri ilə iki “Storm Shadow” raketi, altı HIMARS raketi və 67 pilotsuz uçuş aparatı məhv edilib".

Mətbuatda yazılanlara görə Ukrayna Silahlı Qüvvələri “Storm Shadow” raketləri ilə Kursk vilayətinin Marino kəndindəki Barıatinlər sarayı yaxınlığını hədəf alıb. Bu ərazi hal-hazırda Rusiya prezidentinin Administrasiyasına bağlıdır.

Ukraynanın “Defense Express” nəşri burada Rusiya Silahlı Qüvvələrinin "dərin komanda məntəqəsi" olduğu fikrini irəli sürür.

Kreml nümayəndəsi Dmitri Peskov isə “Storm Shadow” raketlərinin Rusiya ərazisində istifadəsinin yeni bir gərginlik yaratdığını bildirib.

 

21.11.2024 14:37
623