Rusiyanın “Fores” şirkəti ilk vurulacaq F-16 qırıcısı üçün 15 milyon rubl mükafat elan edib.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a şirkətin baş direktoru Sergey Şmotyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) kuluarlarında bildirib.
Bundan əvvəl Niderland hakimiyyəti 24 ədəd F-16 qırıcısını Ukraynaya təhvil verməyi planlaşdırdıqlarını açıqlayıb. Eyni zamanda bildirilib ki, Ukrayna ona verilən silahlarla istədiyi yeri vurmağa özü qərar verir. Bundan əlavə, 2028-ci ilin sonuna qədər Ukrayna Danimarkadan 19 qırıcı qəbul etmək niyyətindədir. Belçika da eyni vaxtda Ukraynaya 30 ədəd F-16 təyyarəsi tədarük etmək niyyətində olduğunu açıqlayıb.
Şmotyev bildirib ki, onlar Ukraynada vurulan ilk xarici tank üçün da mükafat təyin ediblər: “İlk tank üçün 5 milyon rubl, sonrakı hər tank üçün 500 min rubl veririk. İndiyədək 20-dən çox tank üçün mükafat ödəmişik”.
Musavat.com