Rusiya şirkəti Ermənistanda dəmiryolunun bərpasına 2 milyon xərcləyib

Cənubi Qafqaz Dəmir Yolu (CQD) şirkəti Ermənistanın şimalında dəmir yolunun sel tərəfindən dağıdılan hissələrini bərpa etmək üçün 2 milyon dollar xərcləyib.

Musavat.com xəbər verir ki, bu məlumatı TASS-a şirkətin mətbuat xidmətinin rəhbəri Ruben Qrdzelyan verib.

Rusiya baş nazirinin müavini Aleksey Overçukun daşqın zonasına səfəri zamanı Cənubi Qafqaz Dəmir Yolu QSC-nin baş direktoru Aleksey Melnikov xüsusən müəyyən ərazilərin mühafizəsinin ciddi şəkildə gücləndirilməsindən danışıb:

“İş yeni təbii fəlakətlər zamanı çox böyük təhlükəsizlik marjası ilə aparılıb, potensial risklər, daşqınlar nəzərə alınmaqla Debed çayının məcrası təmizlənib və düzlənib, mühafizə daha ciddi şəkildə gücləndirilib”.

Xatırladaq ki, mayın sonunda güclü yağışlar nəticəsində Ermənistanın Lori rayonunda Debed və Ağstev çayları məcrasından çıxıb, yüzlərlə sakinin evləri su altında qalıb, Gürcüstana gedən dövlətlərarası yol da bağlanıb. Ayrım - Sənahin hissəsində relslərin zədələnməsi səbəbindən qatarların hərəkəti dayandırılıb. Dəmir yolu əlaqəsi Rusiyanın yardımı ilə bərpa edilib. Belə ki, Cənubi Qafqaz Dəmir Yolu 100 faiz Rusiya mülkiyyətindədir.

Musavat.com

14.09.2024 19:06
278