“RussNeft” Azərbaycanda neft-qaz layihələrində iştirak edən şirkətlərin daxil olduğu GEA Holdings Limited qrupunun satışından 3,052 milyard rubl gəlir əldə edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, şirkətin hesabat materiallarında əksini tapıb.
RussNeft qeyd edir ki, 2024-cü ilin iyununda GEA Holdings Limited qrupuna sahib olan törəmə Global Energy Cyprus Limited-dəki payını satıb. Öz növbəsində, GEA Holdings Limited törəmə və müştərək müəssisələr vasitəsilə Azərbaycanın dövlət şirkəti SOCAR ilə PSA layihələrində iştirak edir. RussNeft 2014-cü ildə GEA Holdings Limited-i alıb. Bu şirkət və bir neçə əlaqəli müəssisə iyunun 30-dan etibarən RussNeft-in filialları siyahısından çıxarılıb.
Satışla əlaqədar olaraq daha bir neçə şirkət Russneft-i tərk edib: Kura Valley Holding Company, Karasu Petroleum Company, Karasu Development Company, Karasu Operating Company, Global Energy Azerbaijan Limited, Global Energy Azerbaijan Management Limited, Neftechala Petroleum Limited, Neftechala Investments Limited, Neftechala Operating Şirkət, Absheron Petroleum Limited, Apsheron Investments Limited, Absheron Operating Company Limited, Shirvan Petroleum Limited, Shirvan Investments Limited, Shirvan Operating Company Limited, Repleton Enterprises Limited, Azen Oil Company B.V., Binəqədi Neft Şirkəti, Global Energy Caspian Limited.
Musavat.com