“Orta Dəhliz” deyilən söhbətlər fonunda Rusiyanı Sünikdən sıxışdırıb çıxarmaq istəyirlər.
Musavat.com-un məlumatına görə, siyasi strateq Vigen Akopyan yerli mediaya bildirib. Ekspertə görə, Ermənistanın baş naziri və onun qərbli tərəfdaşları düşünürlər ki, dəhliz məsələsi reallaşarsa, ruslar ona nəzarət etməməli, ona yaxın olmamalıdır. Akopyan hesab edir ki, Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması qərarı da bununla bağlıdır.
Paşinyan Moskva ilə “həm bizim, həm də sizin” prinsipi ilə hərəkət edir. O, Putinin ad günü üçün Rusiya Federasiyasına səfər edir və ya MDB liderlərinin sammitində iştirak edir, lakin Qərblə münasibətlərdə körpüləri yandırmamaq üçün eyni təşkilat çərçivəsində qəbul edilən sənədləri imzalamır.
Musavat.com