Rusiya sentyabrda yenə OPEK+ limitindən artıq neft hasil edib

2024-cü ilin sentyabrında OPEC-in neft hasilatı sutkada 26 milyon barel təşkil edib.

Musavat.com alyansın aylıq hesabatına istinadən xəbər verir ki, bu, avqust ayı ilə müqayisədə sutkada 604 min barel azdır.
Hasilat əsasən Liviya (-410 min barel), İraq (-155 min barel), Nigeriya (-33 min barel) və Səudiyyə Ərəbistanı (-23 min barel) hesabına azalıb.

Bu arada, OPEC+ sazişində iştirak edən doqquz OPEC ölkəsi hasilatı avqust ayına qədər sutkada 220 min barel – 21,31 milyon barelə qədər azaldıb. Bununla belə, hasilat razılaşdırılan həcmdən sutkada 170 min barel çox olub. Belə ki, İraq öz öhdəliklərini 207 min barel, Qabon 34 min barel, BƏƏ 46 min barel, Küveyt 17 min barel üstələyib.

OPEC-in üzvü olmayan OPEC+ ölkələri sentyabrda hasilatı əsasən Qazaxıstan hesabına 47 min barel artıraraq sutkada 14,06 milyon barelə çatdırıb. Sentyabrda hasilatı sutkada 75 min barel artıran Qazaxıstan öhdəliyini 105 min barel üstələyib. Tələb olunan hasilatın səviyyəsinin azalmasına əsas töhfəni müqavilədə rəsmi olaraq iştirak etməyən, lakin kvotası nəzərə alınan Bəhreyn, Malayziya, Sudan, Cənubi Sudan və Meksika verib.

Rusiya sentyabrda hasilatı sutkada 28 min barel azaldıb - 9 milyon barelədək, lakin eyni zamanda bu, öhdəliklərin səviyyəsindən 23 min barel çoxdur.

Ümumilikdə, sazişdə iştirak edən OPEC+ ölkələri sentyabrda neft hasilatını sutkada 170 min barel - 35,49 milyon barelə qədər azaldıb ki, bu da plandan 120 min barel azdır.

Musavat.com

14.10.2024 19:38
189