Bakı və İrəvan arasında sülhə dair danışıqlar Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna uyğundur.
Musavat.com bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
“İki tərəf (Bakı və İrəvan) arasında danışıqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna uyğun olması vacibdir”, - deyə rusiyalı diplomat əlavə edib.
Diplomat qeyd edib ki, sazişlə bağlı razılığa gəlməkdən əlavə, nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulması müzakirə mövzuları sırasındadır.
Musavat.com