Rusiya səfiri Viktorov: “Qəzzada əsir götürülən iki rusiyalının yeri məlum deyil”

Rusiya səfirliyi Qəzza zolağında əsir saxlanılan iki Rusiya vətəndaşının dəqiq yerini hələ müəyyən etməyib. Bununla belə, Moskva bu məsələ üzərində fəal işləyir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib.

“Biz bu istiqamətdə fəal işləyirik. Biz vətəndaşların yerini hələ müəyyənləşdirməmişik, lakin buna çalışırıq”, - o, “Rossiya-24” telekanalında vurğulayıb.

Son məlumatlara görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi zamanı yeddi Rusiya vətəndaşı itkin düşüb, daha 20 nəfər ölüb.

Bundan əvvəl bildirilmişdi ki, oktyabrın 22-nə keçən gecə Qəzza zolağının atəşə tutulması zamanı iki rusiyalı qadın, ana və qız həlak olub. Qızın bu yaxınlarda nişanlandığı və nişanlısı ilə Avropaya köçməyi planlaşdırdığını bildirilir.

Musavat.com

24.10.2023 12:41
326