“Rusiya qətiyyətlə bəyan edir ki, Ermənistan-Azərbaycan sülh prosesində fəal rol oynamağa davam etməyə hazırdır”.
Musavat.com-un məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik” radiosuna müsahibəsində belə deyib.
“Biz nizamlanmanın əldə olunmasında, sülh müqaviləsinin imzalanmasında və hər iki tərəfin maraqlarına cavab verən müqavilədə maraqlıyıq. Rusiya qətiyyətlə bəyan edir ki, bundan sonra da bu prosesdə fəal rol oynamağa hazırdır. Təbii ki, buna tərəflər qərar verəcək.
Bu sülh prosesinin formatını müəyyən etmək onların suveren hüququdur, lakin bizim ona kömək etməyə və fəal rol oynamağa hazır olduğumuzu bütün səviyyələrdə, o cümlədən Ermənistan-Azərbaycan sülh danışıqları üçün platformanın təmin edilməsi baxımından tamamilə aydın şəkildə təsdiq edirik”, - Rusiya səfiri bildirib.
Sergey Kopırkinin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində Rusiyanın rolu ilkin olaraq əsas olub.
“Sülh prosesinin gedişatını müəyyən edən bu əsas prinsiplər Rusiyanın iştirakı ilə 2020-ci ilin noyabr ayından başlayaraq əldə edilən üçtərəfli razılaşmalarda, o zaman həlledici dərəcədə Rusiya Federasiyasının və şəxsən Rusiya prezidentinin səyləri ilə müəyyən edilib. Faciəli müharibə dayandırıldı və şübhəsiz ki, çox çətin olanda, lakin bu vəziyyət üçün həll razılaşmaları kifayət qədər başadüşülən və adekvat idi. Sülh prosesini öz adına bağlamaq üçün çox işlər görən Qərb nizamlanma prinsipləri baxımından mahiyyətcə yeni heç nə gətirməyib. Mahiyyət etibarı ilə Rusiya Federasiyasının iştirakı və fəal rolu ilə görülən işlərin öhdəsindən layiqincə gəlmək cəhdi var idi. Rusiya Federasiyasının mövqeyi aydındır, o, dəyişmir”, - diplomat bildirib.
Musavat.com