Rusiya repressiya siyahısını böyütdü

Rusiyada alınmış vətəndaşlığa xitam verilməsi üçün səbəblərin siyahısını əhatə edən yeni qanun qüvvəyə minib.

Musavat.com xəbər verir ki, siyahıda 80-dən çox maddə yer alır.

Onların sırasında müəyyən cinayət məcəlləsi maddələri üzrə məhkumluq da var:

- Terrorizmin əsaslandırılması (CM, maddə 205.2, hissə 1)

- Xarici dövlətlə konfidensial əməkdaşlıq (maddə 275.1)

- Rusiya iştirak etmədiyi beynəlxalq təşkilatların qərarlarının icrasına kömək (maddə 284.3)

- Rusiya təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərdə düşmənə yardım (maddə 276.1)

- Nasist atributikasının və ya simvolikasının təbliği (maddə 282.4)

- Dövlət təhlükəsizliyinə qarşı fəaliyyətə açıq çağırışlar (maddə 280.4)

- Kritik infrastruktur obyektlərinə qanunsuz təsir göstərilməsi (CM, maddə 274.1, hissə 4-5)

Qanun Ukraynanın işğal altında olan Krım və Sevastopol, eləcə də Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində yaşayan insanlara şamil olunmur.

Musavat.com

11.08.2025 20:48
669