Rosselxoznadzor 21 oktyabr 2024-cü il tarixindən etibarən Qazaxıstandan Rusiyaya kəsilmiş gül və qönçələrin idxalını müvəqqəti dayandırıb.
Musavat.com qurumun saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, qadağa əsasən Qazaxıstanın fitosanitar sertifikatları verilmiş qeyri-dost ölkələrin məhsullarına aiddir.
Qeyd olunur ki, Qazaxıstan ən çox gülləri Hollandiya, Polşa və Belçikadan reeksport edir: "Lakin bu ölkələrin səlahiyyətli idarələri məhsulun təhlükəsizliyinə adekvat səviyyədə nəzarəti təmin etmir. Qərar Rusiyanın fitosanitar rifahının və malların ixracının həcminin qorunması məqsədilə, həmçinin 2023 və 2024-cü illərdə gül məhsullarında Avrasiya İqtisadi İttifaqına üzv ölkələr üçün karantinə alınmış obyektin aşkarlanması ilə bağlı çoxsaylı hallar nəzərə alınmaqla qəbul edilib”.
Musavat.com