Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Qarabağda sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı yaydığı sonuncu məlumat bülletenində deyilir.
Bildirilir ki, müşahidə sisteminin optimallaşdırılması çərçivəsində Şuşa rayonunda daha bir müşahidə məntəqəsi bağlanıb. Ümumilikdə sentyabrın 19-dan 9 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsinin fəaliyyətinə son verilib. Qeyd olunub ki, sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə planlı təmir üçün silah və hərbi texnikanın Rusiya Federasiyasına göndərilməsi başa çatdırılır. Eyni zamanda bildirilir ki, yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.
Musavat.com