"Rusiya Qarabağa erməni uşaqlarını soyqırımdan xilas edir" - Abovyanın həyasız iddiası

“Rusiyanın Qarabağdakı hərbi mövcudluğu Qarabağ uşaqlarını soyqırımdan xilas edir”.

Konkret.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan deyib.

O, “Ermənistanın gündəmi: mitinqlərdən sonra davam” mövzusunda panel müzakirəsi zamanı sülhməramlıların mandatının uzadılması məsələsinə toxunub.

“Sülhməramlıların Qarabağda mandatının uzadılması vacibdir. Rusiyanın Qarabağdakı hərbi mövcudluğu Qarabağ uşaqlarını soyqırımdan xilas edir”, – deyə boş-boş danışıb.

Daha sonra o deyib ki, Paşinyan hakimiyyəti regionumuzda Qərblə Şərqin qarşıdurmasına səbəb olan ziddiyyətlər üzərində oynamaq üçün ən pis variantı seçib.

07.11.2022 20:28
918