Rusiya Qafanda konsulluq aça bilmir, çünki...

“Bəzi məlumatlara görə, hakimiyyət nəyin bahasına olursa-olsun Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almağa çalışır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Rusiya uzun müddətdir ki, belə bir istəyi ifadə edir. Ermənistan rəhbərliyi buna icazə versə də, Qafan rəhbəri Gevorq Parsyan hətta konsulluq üçün bina ayırsa da, hakim partiyanın yerli təşkilatı diplomatik nümayəndəliyin açılması prosesinin baş tutmaması üçün intensiv iş aparır.

Qafanda Rusiya konsulluğunun açılmasının fəal əleyhdarlarından biri Paşinyanın partiyasının deputatı Marina Kazaryandır. O, hətta Qafan sakinlərinin adından Xarici İşlər Nazirliyinə konsulluğun açılmasına qarşı müraciət edib”, - deyə qəzet yazır.

Musavat.com

25.06.2024 12:50
1496