Moskva yaxın vaxtlarda Ermənistanın Sünik rayonunun Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını gözləyir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiya dövlət katibi - Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
“Ermənistanda baş konsulluğun açılması və Maldiv adalarında baş konsulluğun açılması ilə bağlı sərəncamlar verilib. İndi İndoneziyanın Bali adasında baş konsulluq açılacaq. Hazırda bu istiqamətdə işləyirik. Ümumiyyətlə, bu, kifayət qədər böyük təşkilati və texniki işdir”, - deyə nazir müavini qeyd edib.
Musavat.com