Rusiya Paşinyana “yox” DEDİ

“Ermənistan bütün tərəfdaşlarına “İrəvan dialoqu” beynəlxalq forumunda iştirak etmək üçün dəvət göndərib”.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan bildirib.

Nazirlik rəsmisi Rusiyadan yüksək rütbəli qonaqların hansı səbəbdən konfransda iştirak etməməsi ilə bağlı suala belə cavab verib:

“Bu sualı Rusiya tərəfinə vermək daha düzgün olardı. Biz bütün tərəfdaşlarımıza dəvət göndərmişik. Heç kimdən rədd cavabı almadıq”.

Karapetyanın sözlərinə görə, onlar Türkiyə tərəfinə də dəvət göndəriblər.

Musavat.com

10.09.2024 15:30
2212