Rusiya Özbəkistan və Qırğızıstana qaz satışını artırır

 

Rusiyanın "Qazprom" şirkəti Qazaxıstanla qazın Özbəkistan və Qırğızıstana tranzitinə dair müqavilələr bağlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanın şimalına və cənubuna qazın tədarükü üçün “Qazprom Export” MMC ilə, Qırğızıstanın “Elektrik stansiyaları” ASC və “Bişkekteploenerqo” şirkətləri ilə də qaz təchizatı üzrə müqavilələr imzalanıb.

Bundan əlavə, Qazprom İdarə Heyətinin sədri Aleksey Miller Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar ilə Rusiya qazının Mərkəzi Asiya - Mərkəz (CAC) - 4 qaz kəməri vasitəsilə Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinin artırılması üzrə fəaliyyət planını imzalayıb.

Qeyd edək ki, bu ilin dekabrından Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli tamamilə dayandırılacaq. Rusiya boşalan həcmləri ciddi endirimlə Asiyaya yönəltməyə çalışır.

Musavat.com

07.06.2024 17:45
1035