Rusiya ordusunda vuruşan həmyerlimiz həlak oldu

Həmyerlimiz Rusiya-Ukrayna döyüşlərində dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, Rusiya-Ukrayna cəbhəsində, əslən Astara rayonundan olan 28 yaşlı Hikmət Ağayev ölüb.

Hikmət Ağayev Rusiya vətəndaşı olaraq müqavilə ilə bu ölkənin ordusuna cəlb olunub. Onun Kursk istiqamətində gedən döyüşlərdə öldüyü bildirilir.

Qeyd edək ki, həmyerlimiz 10 ilə yaxın idi Tula vilayətinin Novomoskovsk şəhərində yaşayırdı.

16.09.2024 00:24
1067