Rusiya ordusuna AĞIR ZƏRBƏ: Ukrayna şok rəqəmləri AÇIQLADI - FOTO

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son 24 saat ərzində Rusiyanın itkiləri ilə bağlı yeni statistika dərc edib.

Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Məlumatda bildirilir ki, 24 fevral 2022-ci ildən 17 sentyabr 2025-ci ilədək Rusiya ordusunun ümumi itkiləri təxminən 1 milyon 97 min 450 nəfərə çatıb.

Son bir gündə rusların 1 020 canlı qüvvəsi məhv edilib.

Texnika baxımından da düşmən ciddi zərbələr alıb. Belə ki, Rusiyanın indiyədək 11 189 tankı (+5), 23 277 zirehli döyüş maşını (+3), 32 846 artilleriya sistemi (+36), 1 490 reaktiv yaylım atəşi sistemi, 1 217 hava hücumundan müdafiə kompleksi, həmçinin 422 təyyarə və 341 helikopteri məhv edilib.

Xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) itkiləri diqqət çəkir – indiyədək 60 079 PUA vurulub ki, bu da son sutkada 360 ədəd artım deməkdir. Bundan əlavə, Rusiya ordusu 3 718 qanadlı raket, 28 gəmi və kateri, 1 sualtı qayıq, 61 878 avtomobil və yanacaq çəni (+108), eləcə də 3 965 ədəd xüsusi texnika itirib.

Baş Qərargah bildirir ki, Ukrayna ordusunun bu uğurları həm müdafiə, həm də hücum əməliyyatlarının effektivliyini nümayiş etdirir. 

Musavat.com 

17.09.2025 09:52
872