Rusiya ordusu Ukraynada irəliləyir: Bu ərazilər də tutuldu - SİYAHI

Rus qoşunları Donetsk vilayətinin Paraskovievka kəndini ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə "DeepState" məlumat yayıb.

"Bundan əlavə, ruslar Konstantinovka, Qrodovka, Qalitsinivka istiqamətində və Xarkov vilayətinin Pesçanı yaxınlığında irəliləyiblər”, - məlumatda deyilir.

Eyni zamanda ukraynalı hərbi ekspertlərin qeyd etdiyi kimi, Rusiya silahlı qüvvələri Donetsk vilayətinin Çasov Yar şəhərini tutmaq niyyətlərindən əl çəkmirlər. Rusların hər gün təxminən 20 hücum təşkil etdiyi bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin 26-cı artilleriya briqadasının mətbuat katibi Oleq Kalaşnikovun sözlərinə görə, bu gün Çasov Yarın ələ keçirilməsi ruslar üçün prioritet vəzifələrdən biri olaraq qalır.

Musavat.com

01.09.2024 11:19
1171