Rusiya ordusu Ukraynada 25 km irəliləyib - Alman dərgisi

"Rusiya qoşunları Donetsk vilayətinin Pokrovsk şəhərindən cəmi 13 km şərqdə yerləşir".

Musavat.com xəbər verir ki, bu barədə Almanıyanın "Bild" dərgisinin hərbi analitiki Julian Röpke yazır.

Hərbi analitikin məlumatına görə, fevral ayında Avdeevkanın alınmasından sonra Rusiya Silahlı Qüvvələri şimal-qərbə doğru irəliləməyə başlayıb. Bu istiqamətdə ən yaxın böyük şəhər Pokrovskdur. Bir vaxtlar orada 80 min insan yaşayırdı. İndi bu, Ukrayna Silahlı Qüvvələri üçün "həyat yolunun" Çasov Yar-a açıldığı və digər qabaqcıl hissələrin təchiz olunduğu vacib bir logistika nöqtəsidir.

"İlin əvvəlində rus qoşunları Pokrovskdan 38 km aralıda yerləşdirilmişdi. İndi onlar daha iki yaşayış məntəqəsini alaraq şəhərə 13 km yaxınlaşıblar", "Bild" analitiki yazır.
Bu sa o deməkdir ki, hər şeyə rəğmən Rusiya ordusu qeyd olunan istiqamət 6 ay ərzində üzrə 25 km irəliləyib.

Musavat.com

15.08.2024 12:58
593