Rusiya hərbi mənbələrinin verdiyi məlumata görə, Rusiyanın hərbi qüvvələri Toretsk şəhərinin 65%-nə nəzarəti ələ keçirib.
Musavat.com xarici KİV-ə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələri isə Dzeryinsk şəhərindəki "Sever" şaxtasının ətrafında aylardır davam edən döyüşlərdən sonra mövqelərini tərk edib.
Ukrayna ordusunun hərbi mənbələrinin bildirdiyinə görə, Kiyevin ehtiyat qüvvələri tükənməkdədir və səfərbərlik potensialı zəifləyib.
Bu isə cəbhə xətti boyunca Ukrayna ordusunun geri çəkilməsinə səbəb olur.
Musavat.com