Rusiya ordusu Pokrovski istiqamətində mühüm taktiki uğurlar əldə edib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Avqustun 27-nə olan geolokasiya görüntüləri təsdiq edir ki, Rusiya qüvvələri son təsdiqlənmiş mövqelərindən iki kilometrdən çox, Dubinina küçəsi ilə Novoqrodovkanın şimal-qərbinə (Pokrovskdan cənub-şərqə) doğru irəliləyiblər. Beləliklə, ruslar indi şəhərin mərkəzi hissəsində mövqe tuturlar.
Digər geolokasiya görüntüləri isə rusların Qrodovkanın cənub-şərqində bir qədər irəlilədiyini və Kalinovo şəhərinin tutulduğunu göstərir.
Musavat.com