Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qoşunları Ukraynanın Baxmut şəhərini şimal və cənubdan mühasirəyə alıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum dəstələri şəhərin üç məhəlləsinə nəzarəti ələ keçirib, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum cəhdlərinin qarşısı alınıb.
Eyni zamanda Rusiya MN-dən bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Kupryansk istiqamətində gün ərzində 120-dən çox, Donetsk istiqamətində 380 hərbçi itirib.