Avropa İttifaqının yeni, 14-cü sanksiyalar paketi Rusiya neft tankerlərinin Avropa limanlarına çıxışını əngəlləyəcək.
Musavat.com xəbər verir ki, bu məlumatı Hollandiyanın xarici işlər naziri vəzifəsini icra edən Hanke Bruins Slot X hesabında açıqlayıb.
O, sanksiya paketini alqışladığını deyib: “Mən Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı bugünkü razılaşmanı alqışlayıram. Paket Hollandiyanın güclü şəkildə müdafiə etdiyi bir sıra mühüm tədbirləri, o cümlədən Rusiyanın kölgə donanmasına qarşı sərt repressiya və sanksiyaları ehtiva edir.
Bu sanksiyalar paketi sayəsində kölgə donanmalarının Avropa limanlarına və xidmətlərinə çıxışı qadağan edilə bilər. Aİ-nin yeni sanksiyaları üzərində işləməyə davam etməyimiz çox vacibdir. Bu, Putinin döyüş maşınının işini xeyli ləngidəcək”.
Musavat.com