Rusiya enerji resurslarının ixracı üzrə qarşılıqlı ödənişlərin 50 faizini dost ölkələrin valyutalarına keçirib.
Musavat.com xəbər verir ki, bu məlumatı Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya-1” telekanalına müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə ödənişlərdə rublun payı artır: “Biz hesablaşmalarda aktiv olaraq rubla keçirik və mən hesab edirəm ki, indi nisbət təxminən 50-dən 50-yə bərabərdir. Baxmayaraq ki, hələ də dollarla, avro ilə az bir hissə qalıb: Avropada qalan müqavilələr üzrə, ödənişlərimizin əsas hissəsi artıq dost ölkələrin valyutalarındadır. Biz Avropaya və ya digər dost olmayan ölkələrə tədarükdən imtina etmədik, onlar özləri üçün bu qadağaya gəldilər”.
Musavat.com