Rusiyanın Krasnoyarsk bölgəsində Müdafiə Nazirliyindən külli miqdarda pul oğurlanması ilə bağlı cinayət işi açılıb.
Musavat.com xəbər verir ki, bu, bir rabitə idarəetmə mərkəzinin tikintisi zamanı yol verilən yeyintilərlə əlaqədardır.
Yeyintinin miqdarının 1 milyard rubl (təxminən 11 milyon dollar) olduğu qeyd edilir.
Məlumata əsasən, xüsusi xidmət əməkdaşları “ERSM Sibir” adlı şirkətin direktorunu saxlayıb.
Krasnoyarskdakı bu şirkətə 2012-ci ildən Roman Bezrukov rəhbərlik edir.
2021-ci ildə Şimal Donanmasının hərbi prokurorluğu “ERSM Sibir” şirkətini Novaya Zemlya arxipelaqında (Arxangelsk vilayəti) hərbi qulluqçular üçün 3 yaşayış binasının tikintisi zamanı yol verdiyi pozuntulara görə 500 min rubl cərimələyib.
Musavat.com