Rusiya Müdafiə Nazirliyi “Crocus Sity Hall”-dakı terror aktından sonra orduya guya könüllü olaraq, müqavilə əsasında qatılmaq istəyənlərin sayının xeyli artdığı barədə rəsmi məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, son bir həftədə müqavilə ilə xidmət etmək istəyənlərin sayı artıb. İdarədən verilən məlumata görə, ilin əvvəlindən 100 mindən çox rusiyalı müqaviləli xidmətə daxil olub.
Müdafiə Nazirliyi iddia edir ki, orduya qatılanların əksəriyyəti müqavilə əsasında xidmət etmək niyyətini “Crocus”da terror aktı qurbanlarının “qisasını almaq istəyi ilə” əsaslandırıb: “Ötən həftə Rusiya şəhərlərindəki seçim məntəqələrində aparılan müsahibələr zamanı əksər namizədlər müqavilə bağlamağın əsas motivi kimi 2024-cü il martın 22-də Moskva vilayətində baş vermiş faciədə həlak olanların qisasını almaq istəyini göstəriblər”.
Beləliklə də əksər mütəxəssislərin proqnozları özünü doğruldur və Kreml doğrudan da xeyli qaranlıq tərəfləri olan bu terror aktını Rusiyada Ukraynaya qarşı nifrəti daha da artırmaq və gələcək səfərbərlik üçün əsas yaratmaq məqəsədilə istifadə edir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: