Rusiya müdafiə naziri TƏCİLİ iclas ÇAĞIRDI: Belqorod, Bryansk, Kursk... - CANLI

Rusiyanın Hərbi Təhlükəsizlik Məsələləri üzrə Koordinasiya Şurasının iclasında Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyət müzakirə olunub. TASS xəbər yayıb.

Bildirilib ki, müdafiə naziri Andrey Belousovun sədrlik etdiyi toplantıda adıçəkilən bölgələrin və ayrı-ayrı hərbi strukturların rəhbərləri iştirak edib. İclas zamanı məruzələr dinlənilib, eləcə də həmin regionların maddi-texniki, tibbi təminatı diqqət mərkəzində olub.

Bu arada, Rusiya ordusu Donetsk vilayətinin Qalitsınovka, Qriqorovka və Krasnoqorovka, həmçinin Vodyanoye kəndlərini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hüquqşünas, siyasi şərhçi Polad Mehdiyevlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

10.09.2024 16:00
847