Rusiya Dövlət Dumasına miqrantların saxta nikahları ilə mübarizə haqqında qanun layihəsi təqdim edilib.
Müvafiq layihə Dövlət Dumasına təqdim edilib.
İzahedici qeyddən göründüyü kimi, qanun pozuntusunu törədən şəxsin Rusiyadan inzibati qaydada qovulması barədə qərar qəbul edilərkən təkcə nikah faktı deyil, həm də nikahın bütün dövrü ərzində ər-arvadın daimi birgə yaşaması və birgə ev təsərrüfatının aparılması sübutları nəzərə alınacaq.
Eyni zamanda, hökumət qanun layihəsi ilə bağlı rəyində onun ciddi şəkildə yenidən işlənməsinə ehtiyacı olduğuna diqqət çəkib. Xüsusilə, nikah boyu birgə yaşama faktının müəyyən edilməsi mexanizmində pandemiya, hərbi münaqişələr və ya növbəli iş səbəbindən müəyyən dövrlərdə ayrı yaşamağı nəzərə almır./Yenisabah.az