Rusiya millətçilərindən Qarabağ münaqişəsi ilə bağlı həyasız təklif 

 

Rusiyanın Liberal-demokrat partiyasının (RLDP) Dövlət Dumasındakı fraksiyası Dağlıq Qarabağ münaqişəsi iştirakçılarına döyüş veteranı statusunun verilməsi ilə bağlı layihəni təqdim edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə RLDP-nın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Vadimir Jirinovskinin ölümündən sonra partiyaya Leonid Slutski rəhbərlik edir.

RLDP “Veteranlar haqqında” qanunun 3-cü maddəsinə “1988-ci ilin martından 1991-ci ilin dekabrınadək Qarabağ münaqişəsində iştirak etmiş döyüşçülərin döyüş veteranı kimi tanınması” ilə bağlı yeni norma əlavə edilməsi təklif edilir.

Musavat.com

21.07.2023 17:08
8824