Rusiya Mərkəzi Bankının Direktorlar Şurası əsas faiz dərəcəsini dərhal 200 baza bəndi artıraraq 21 faiz səviyyəsində müəyyənləşdirib.
Musavat.com tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, qərara səbəb ölkədə inflyasiya prosesinin sürətlənməsidir: “İnflyasiya Rusiya Bankının iyul ayı proqnozundan xeyli yüksəkdir. İnflyasiya gözləntiləri artmaqda davam edir. Daxili tələbatın artımı mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Əlavə büdcə xərcləri və bununla bağlı 2024-cü ildə federal büdcə kəsirinin genişlənməsi proinflyasiya effektinə malikdir. İnflyasiyanın hədəfə qayıtmasını təmin etmək və inflyasiya gözləntilərini azaltmaq üçün pul siyasətinin daha da sərtləşdirilməsi tələb olunur”.
Qeyd edək ki, analitiklər faiz dərəcəsinin 1 baza bəndi artırılmasını proqnozlaşdırmışdılar.
Rusiya Bankının proqnozuna görə, illik inflyasiya 2025-ci ildə 4,5-5,0 faizə, 2026-cı ildə 4,0 faizə düşəcək və “gələcəkdə də hədəfdə qalacaq”.
Sentyabrda Rusiya Bankı əsas faiz dərəcəsini 100 baza bəndi - illik 19 faizə qədər artırıb.
Dekabrın 20-də Mərkəzi Bankın İdarə Heyətinin məzənnə ilə bağlı növbəti iclası keçiriləcək. Tənzimləyici dekabr iclasında da faiz dərəcəsinin artırılacağını istisna etməyib.
Musavat.com