Rusiyanın xüsusi xidmət orqanlarına yaxın VÇK-OGPU kanalının məlumatına görə, bir sıra cəzaçəkmə müəssisələrində və təcridxanalarda məhkumların müharibəyə cəlb olunması prosesi dayandırılıb.
Musavat.com Rusiya mətbuatına istinadən bildirir ki, bu qərar ölkə üzrə geniş miqyasda tətbiq oluna bilər.
Hətta bəzi bölgələrdə döyüş zonasına göndərilməsi artıq təsdiqlənmiş məhkumlar belə geri qaytarılıb.
Onların saxlanıldığı müəssisələrin rəhbərliyi bu prosedurun qeyri-müəyyən müddətə dayandırıldığını açıqlayıb.
Musavat.com