Rusiyanın news.ru saytının əməkdaşı bu gün saat 16 radələrində Xankəndi şəhərinin üzərindəki yüksəklikdən yayım edib.
Musavat.com-un xəbərinə görə, müxbir bildirib ki, həmin yüksəklikdən şəhərdə vəziyyətin stabil olduğunu görmək olar, atəş səsləri eşidilmir.
"Azərbaycan rəhbərliyi bildirir ki, Xankəndi onların nəzarəti altındadır. Erməni birləşmələrinin tərk-silah edilməsi artıq başlayıb", - jurnalist bildirib.
Aytən Novruz
Musavat.com