Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Lvov şəhərində yaşayış binası dağılıb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədəUkraynanın daxili işlər naziri İqor Klimenko paylaşım edib.
O bildirib ki, Rusiya raketinin Lvov şəhərində mənzili vurması nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
“Rusiyanın raket hücumu nəticəsində yaşayış binasına ziyan dəyib. İki girişdə 3 və 4-cü mərtəbələr dağıdılıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir”.
Musavat.com