Rusiya lideri: "ABŞ bizimlə hesablaşmalı olacaq"

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Vaşinqton Moskva ilə hesablaşmalı və ümumi dil axtarmalı olacaq.

"Report" xəbər verir ki, bu barədə Putin “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

"Onlar bizimlə dil tapmalı olacaqlar, çünki bizi nəzərə almalı olacaqlar", - deyə Putin bildirib.

17.12.2023 14:25
756