Ukraynanın Krivoy Roq şəhərində təhsil müəssisəsinə və yaşayış binalarına raketlərin düşməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, raketləri Rusiya ordusu atıb. Yerli polis idarəsi məlumatı təsdiqləyib.
Bildirilib ki, raketlərdən biri 4 mərtəbəli təhsil müəssisəsinin binasına düşüb. Dağıntılar altında qalanlar var. Əraziyə xilasedicilər və polis cəlb olunub.
İkinci raket isə 9 mərtəbəli yaşayış binasına düşüb. Orada da dağıntılar altında qalanların olduğu istisna edilmir. Fövqəladə hallar idarəsinin əməkdaşları binanın dağıntıları altında axtarış-xilasetmə əməliyyatı aparırlar.