Rusiya kəşfiyyatının saytı təsdiqlədi: Navalnının adı SİYAHIDA olub

Rusiya Xarici Kəşfiyyat Xidməti həbsxanada ölən Aleksey Navalnının mübadilə üçün ilkin siyahıya daxil olduğunu təsdiqləyib. Sadəcə onun ölümü prosesi çox gecikdirib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin “Razvedçik” jurnalında dərc olunan məqalədə deyilir.

Məqalədən belə nəticəyə gəlinir ki, Aleksey Navalnı mübadilə üçün ilkin siyahıya daxil edilib. Lakin siyasətçinin adı orada birbaşa qeyd edilmir.

“Rusiya tərəfinə təqdim olunan ilkin siyahı fərqli idi və bizdən asılı olmayan səbəblərə görə sonradan sağ qalmayan ayrı-ayrı siyasi xadimləri ehtiva edirdi. Buna görə də mübadilə prosesi xeyli ləngidi”, - deyə həmin məqalədə qeyd olunub.

“Razvedçik” mübadilə ilə bağlı dnışıqların il yarım davam etdiyini yazıb.

Halbuki Rusiya prezidenti Vladimir Putin daha əvvəl müxalifət liderinin dəyişdirilməsi planını onun ölümündən bir neçə gün əvvəl öyrəndiyini demişdi.

Musavat.com

23.09.2024 16:56
800