Rusiya kəşfiyyatı ifşa etdi: Serbiya Ukraynaya yüz minlərlə mərmi göndərir

Serbiya rəsmi neytrallıq bəyanatlarına baxmayaraq, Ukraynaya böyük miqdarda silah-sursat ixrac edir.

Musavat.com xəbər verir ki, bu iddia ilə Rusiya Xarici Kəşfiyyat Xidməti çıxış edib. Qurumun məlumatına görə, Serbiyanın müdafiə sənayesi müəssisələri Ukraynaya raket yaylım atəşi sistemləri (RYSZ) və haubitsalar üçün yüz minlərlə mərmi, həmçinin bir milyondan çox patron göndərib.

“Serbiya şirkətlərinin bu silah tədarükü Rusiyaya qarşı aparılan döyüş əməliyyatlarına birbaşa dəstək kimi qiymətləndirilə bilər”, – deyə xidmətin bəyanatında qeyd olunub.

Rusiya tərəfi bildirib ki, bu faktlar Serbiyanın tərəfsizlik mövqeyi ilə ziddiyyət təşkil edir və regionda geosiyasi gərginliyi daha da artırır.

Qeyd edək ki, Serbiya hakimiyyəti indiyədək Ukraynaya birbaşa hərbi yardım göndərmədiyini iddia edir və neytral statusunu qoruduğunu bildirir. Lakin Rusiya kəşfiyyatının açıqlaması bu versiyaya ciddi suallar doğurub.

Musavat.com

29.05.2025 16:27
687