ABŞ Gürcüstanda "rəngli inqilab" hazırlayır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, amerikalılar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdırlar və ölkədə “rəngli inqilab” hazırlayırlar.
"Daxil olan məlumatlara görə, Ağ Ev oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstandakı vəziyyətin inkişafından son dərəcə narazıdır”, - deyə məlumatda qeyd olunub.