Rusiya ixracatçılarına tələb: Bütün valyuta hərraca çıxarılmalıdır

Rusiya hakimiyyəti rublun məzənnəsindəki dəyərsizləşməni dayandırmaq üçün ixracatçı şirkətləri əldə etdikləri bütün xarici valyutanı hərraclarda satmağa məcbur edir.

Musavat.com Bloombergə istinadən xəbər verir ki, dünən ixracatçılarla hökumət arasında görüş keçirilib. İxracatçılardan satışdan əldə olunan bütün xarici valyutanı hərraclarda satmaq tələb olunub. Yalnız bundan sonra Mərkəzi Bankın uçot dərəcəsini qaldırması barədə qərar qəbul olunub.

Qeyf edək ki, Qərb sanksiyaları başlayandan ixracatçı şirkətlərə əldə olunan valyutanın 80 faizini ölkə daxilində hərraclarda satmaq öhdəliyi qoyulmuşdu. Son aylarda idxalın artması ilə Rusiyada xarici valyutays tələb də yüksəlir. Prosesin qarşısını ala bilməyən Rusiya hakimiyyəti ixracatçı şirkətlərin son sentini də əlindən almaq qərarına gəlib.

 

Musavat.com

15.08.2023 21:15
766