Rusiya İstintaq Komitəsi Azərbaycanda baş verən qətli araşdırmaq istəyir

Rusiya İstintaq Komitəsinin əməkdaşları azərbaycanlı həmkarları ilə birgə Bakıda aktyor İosif Tkaç və onun həyat yoldaşı Lyudmilanın qətlini araşdırmağa başlayacaqlar.

Musavat.com xəbər verir ki, məlumatı Komitə yayıb.

İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinə azərbaycanlı həmkarları ilə qarşılıqlı əlaqənin təşkili və bu işin araşdırılmasında mümkün köməklik təklif edilməsi barədə göstəriş verib.

İosif Tkaç və həyat yoldaşı Lyudmilanın qətli oktyabrın 23-də məlum olub. Cütlük Bakının Nəsimi rayonunda yaşadıqları mənzildə ölü tapılıb. Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onları qətlə yetirməkdə şübhəli bilinən 51 yaşlı İslam Xadiyevi saxlayıblar.

Cozef Tkaç Azərbaycan Dövlət Rus Dram Teatrının keçmiş aktyorudur. O, təqaüdə çıxmışdı. O, həmçinin Rusiyanın "Qraf Krestovski" serialında oynayıb. Həyat yoldaşı Bakı şəhər ümumtəhsil məktəblərindən birində müəllim işləyirdi, 2015-ci ildə “Azərbaycanın Əməkdar Müəllimi” fəxri adına layiq görülüb.

 

Musavat.com

28.10.2024 23:36
1037