Rusiya İranın daha bir peykini kosmosa qaldıracaq

İran kosmosa “Nahid” adlı yeni yerli peyk göndərməyi planlaşdırır.

Musavat.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə İranın informasiya və kommunikasiya texnologiyaları naziri Eysa Zarepur deyib.

O bildirib ki, “Nahid”i kosmosa 2023-cü ilin mart ayına qədər buraxmaq istəyirlər.

Qeyd edək ki, İran “Xəyyam” peykini avqustda Baykonurdan (Qazaxıstan) kosmosa göndərib. Peyki kosmosa Rusiyanın “Soyuz 2.1 B” daşıyıcısı qaldırıb.

20.11.2022 22:47
475