Son iki ildə İrandan Rusiyaya avtomobil ehtiyat hissələrinin ixracı 450 faiz artaraq 66 milyon dollara çatıb.
Musavat.com-un məlumatına görə, bu barədə MIMS Automobility Moscow sərgisində İranın avtomobil korporasiyalarının nümayəndələri məlumat veriblər.
İran Khodro və Saipa nümayəndələri İranın IRIB telekanalına müsahibəsində ümidvar olduqlarını bildiriblər ki, İran ehtiyat hissələrinin Rusiyaya ixracının artırılması iki ölkə arasında ticarətin həcmini dəfələrlə artırmağa imkan verəcək və iki ölkənin artan ehtiyaclarını ödəyəcək.
Avqustun 21-də sərgi çərçivəsində İranın ticarət, sənaye və yerin təkindən istifadə nazirinin müavini Fərşad Moqimi AvtoVAZ şirkətinin nümayəndələri ilə Rusiya avtomobil sənayesinin ehtiyacları üçün ehtiyat hissələrinin ixracı perspektivlərini müzakirə edib. Rəsmi Rusiyaya İran mallarının tədarükü üçün konsorsium yaradılması ideyasının araşdırılmasını təklif edib.
Musavat.com