Rusiya İrana Zəngəzur dəhlizi ilə bağlı mövqeyini izah edib

Rusiya İrana Zəngəzur dəhlizi ilə bağlı izahat verib, arqumentlər səsləndirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Diplomat İran Xarici İşlər Nazirliyində Rusiya səfirinin söhbəti ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Onun sözlərinə görə, Moskva iranlı tərəfdaşlarla daim əlaqə saxlayır.

“Biz bununla bağlı bütün lazımi açıqlamaları vermişik. Biz ondan çıxış edirik ki, bizim təqdim etdiyimiz arqument Tehranda dinlənilib və qəbul edilib”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı yönəlmiş informasiya kampaniyası müəyyən dairələrdən ilhamlanıb. Rusiya Federasiyası ilə İran arasında strateji tərəfdaşlıqda nifaq salmaq üçün hər fürsətdən istifadə edirlər.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Qərb mediasının İranın yaxın mənzilli raketlərlə təchiz edilməsi ilə bağlı xəbərlərini görüb.

Musavat.com

 

12.09.2024 16:27
868