Rusiya ilə Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, Ukraynada əsirlikdə olan 75 Rusiya hərbçisi geri qaytarılıb.

Eyni zamanda, əsir mübadiləsi çərçivəsində 75 hərbi əsiri Ukraynaya təhvil verilib.

Musavat.com

31.05.2024 14:31
529