Rusiya prezidenti Vladimir Putin Kremldə Ermənistanla iqtisadi əlaqələrdən danışıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə ilin sonuna gözlənilən ticarət dövriyyəsinin həcmini açıqlayıb.
“Bu ilin sonunda Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə - 14-16 milyard dollara çata bilər”, - o bildirib.
Rusiya lideri iki ölkə arasında ticari-iqtisadi əlaqələrin dinamik inkişafını qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com