Rusiya ilə Çin qazın qiymətində razılaşa bilmirlər  

Rusiyadan Çinə qaz nəqli üçün nəzərdə tutulan “Sibirin gücü – 2” kəməri ilə bağlı danışıqlarda əsas məsələ qazın qiyməti ilə bağlıdır.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın energetika naziri Sergey Tsivilev deyib.

Tsivilevin sözlərinə görə, qaz kəmərinin bir hissəsinin ərazisindən keçməsi planlaşdırılan Monqolustanda “bütün suallar həll olunub”: “İndi məsələ “Qazprom”la Çin Xalq Respublikası arasında danışıqlardadır. Bunlar kommersiya danışıqlarıdır, ona görə də gəlin onlardan danışmayaq”.

"Sibirin gücü - 2" qaz kəməri Yamal və Qərbi Sibir ərazisindən Çinə qədər uzanmalıdır, onun maksimal gücü 50 milyard kubmetr təşkil edəcək. Dekabrda Rusiya tərəfi “Qazprom” və Çinin CNPC şirkəti arasında qaz kəmərinin tikintisinin şərtləri ilə bağlı yekun razılaşmanı elan edib. Boru kəmərinin Monqolustan ərazisindən keçən hissəsinin çəkilməsi üçün tədqiqat işləri aparılır.

Lakin avqust ayında məlum oldu ki, Monqolustan bu layihəni dövlət proqramlarından çıxarıb. Ulan-Bator bunu layihə ilə bağlı Rusiya və Çin arasında razılığın olmaması ilə əsaslandırıb. Rusiya prezidenti Vladimir Putinin bu həftə Monqolustana səfəri zamanı məsələ geniş müzakirə olunub.

Musavat.com

05.09.2024 14:34
301