Rusiya ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a GETDİ

Böyük Britaniyanın Baş naziri Kir Starmer prezident Co Baydenlə danışıqlar aparmaq üçün ABŞ-a gedib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, liderlər Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadəsinə icazə verilməsini müzakirə edəcəklər.

Starmer təyyarədə Putinin bunun Qərbi münaqişənin bilavasitə iştirakçısına çevirəcəyi ilə bağlı bəyanatını şərh edib.

Baş nazir birbaşa cavabdan yayınaraq bildirib ki, Qərb Rusiya ilə müharibəyə can atmır, Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyir.

Onun sözlərinə görə, təkcə raketlər deyil, həm də Ukraynaya dəstək üçün ümumi strategiya müzakirə olunacaq.

Musavat.com

13.09.2024 10:39
669