Rusiya hökumətinin sədri Ermənistana səfər edəcək

Rusiya hökumətinin sədri Mixail Mişustin Ermənistana səfər edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-də Mixail Mişustin İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun “Müasir reallıqlarda rəqəmsallaşma – dörd azadlığın təmin edilməsi üçün imperativ” mövzusunda plenar iclasında iştirak edəcək.

Qeyd olunub ki, iclasda daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək.

Hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində 2030-cu ilə qədər sənaye əməkdaşlığının əsas istiqamətlərini də nəzərdən keçirəcəklər.

30.09.2024 01:41
284